ABŞ Prezidenti Donald Tramp, bioloji kişi olan transgenderlərin qadın idman yarışlarında iştirakının yolverilməz olduğunu bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə "TASS" agentliyi məlumat yayıb.
Pensilvaniya ştatında, Allentoun yaxınlığında iqtisadi mövzularda danışan Tramp deyib: "Bir kişi gəlir, cinsiyyətini dəyişib. O, kişi ağır atletlər reytinqində sonuncu idi, indi qadın ağır atleti kimi çıxış edir. 210 funt qaldırır. Qadın üçün çox ağır, kişi üçün asandır."
Tramp, kişi atletin çəkini iki əllə qaldırmasını təsvir edən jest göstərib: "Nəticədə qalib gəldi. Hər kəs bunun möhtəşəm olduğunu dedi. Ağlımızı itirmişik? Kişilər qadın idmanında iştirak etməməlidir."
Xatırladaq ki, martda BOK transgenderlərin qadın yarışlarında iştirakını qadağan etmiş, sonra bioloji cinslərinə uyğun kateqoriyalarda iştirak edə biləcəklərini dəqiqləşdirmişdi.












