DÇ-2026-nın autsayderi Tunis yığmasının səkkiz futbolçusunun dopinq-testi müsbət çıxıb.
Oxu.Az xəbər verir ki, bu barədə Britaniyanın "Daily Mail" qəzeti özəl mənbələrə istinadən yazıb.
İdmançıların nümunələrində klenbuterol maddəsi aşkar edilib. Bu, komandanın Meksikadakı düşərgəsində yedikləri ətlə əlaqələndirilir.
Rəsmi şəxslər maddənin bilərəkdən qəbul edilmədiyini düşünürlər.
Tunis seçməsi qrup mərhələsində İsveç (1:5), Yaponiya (0:4) və Niderlanda (1:3) uduzaraq pley-offa çıxa bilməyib.












