Turan Tovuz klubu kolumbiyalı müdafiəçi Hayderson Hurtado ilə müqaviləni uzadıb.
Oxu.Az xəbər verir ki, Hurtado bu barədə sosial şəbəkə hesabı vasitəsilə məlumat yayıb.
Yeni razılaşmaya əsasən, o, 2029-cu ilin yayına qədər Tovuz təmsilçisində çıxış edəcək.
Qeyd edək ki, Hayderson Hurtado ötən ilin yayından Turan Tovuzun heyətində idi.












