Bolqarıstanın Samokov şəhərində U15 güləş üzrə Avropa çempionatı davam edir.
Azərbaycan Güləş Federasiyasından bildirilib ki, güləşçimiz Ülviyyə Musayeva finalda türkiyəli Yağmur Minazanı 11:0 hesabıyla məğlub edərək çempion olub.
Bu qələbə ilə Ülviyyə U15 yaş qrupunda Avropa çempionu olan ilk qadın güləşçimiz kimi tarixə düşüb.












