Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı ilə "Üzgüçülük hamı üçün" layihəsinin final mərhələsinə start verilib.
Bakı Su İdmanı Sarayında keçirilən açılış mərasimində Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gənclər və idman naziri Fərid Qayıbov, federasiya prezidenti Zaur Əliyev və digər rəsmi şəxslər çıxış ediblər. Yarışlara rəsmi start verilib.
Finalda Azərbaycan və Türkiyədən idmançılar mübarizə aparır. Azərbaycan komandası Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, həmçinin Goranboy, Balakən və İsmayıllı rayonlarını təmsil edir.
İlk gündə 10-11, 12-13, 14-15, 46-50, 51-55, 56-60 və 61 yaşdan yuxarı kateqoriyalar üzrə yarışlar keçirilib. Final sabah yekunlaşacaq.











