Bond.az White LogoBond.az Black Logo

Viza qalmaqalı: İraq ulduzları ABŞ-yə buraxılmır

ABŞ İraq millisinin 5 futbolçusuna viza vermədi. İraq Federasiyası FIFA-ya müraciət edir. DÇ-2026-da İraq Fransa, Seneqal və Norveçlə qrupdadır.

Nigar Hüseynova
Müəllif:Nigar Hüseynova- Senior Editor
|
0

ABŞ 2026-cı il dünya çempionatında iştirakı nəzərdə tutulan İraq milli komandasının beş futbolçusuna viza verməkdən imtina edib.

Bu barədə "Goal" portalı məlumat yayıb. İraq Futbol Federasiyasının rəsmisi Qaleb əz-Zameli viza ala bilməyən oyunçuların adlarını açıqlayıb: İbrahim Bayeş, Möhənəd Əli, Zeyd Təhsin, Heydər Əbdülkərim və Əli əl-Həmadi.

"Hazırkı anadək bu qərarın səbəbləri bizə məlum deyil", - deyə təşkilat nümayəndəsi bildirib.

Əz-Zameli qeyd edib ki, İraq Futbol Federasiyası problemin həlli üçün FIFA-ya müraciət edəcək, çünki bu futbolçular komandanın əsas fiqurlarıdır.

Qeyd edək ki, İraq yığması dünya çempionatında ikinci dəfə iştirak edəcək. Sonuncu dəfə 1986-cı ildə iştirak edən komanda qrup mərhələsini adlaya bilməyib.

Turnir 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. İlk dəfə 48 komanda mübarizə aparacaq. İraq İ qrupunda Fransa, Seneqal və Norveçlə qarşılaşacaq.

Digər Xəbərlər
Bu gün / 21:01
|
676

Minifutbol millimizin baş məşqçisi: Finalda daha yaxşı oyun istəyirik

Azərbaycan minifutbol millisinin baş məşqçisi Elşad Quliyev Avropa çempionatı finalında daha yaxşı oyun göstərmək istədiklərini bildirib.

0
Bu gün / 20:30
|
334

Arda Gülerin ən gözəl qolu seçildi

Real Madrid-in türkiyəli ulduzu Arda Gülerin La Liqada vurduğu qol mövsümün ən gözəli seçildi.

0
Bu gün / 20:00
|
400

Ferrari Formula-1-də rekord müəyyənləşdirdi

Ferrari Formula-1-də pilot maaşları üçün illik 100 milyon avro büdcə ilə rekord müəyyənləşdirdi. Lekler və Hemiltonun maaşları açıqlandı.

0
Bu gün / 20:00
|
242

Azərbaycan minifutbol millisi Avropa çempionatında finalda

Azərbaycan minifutbol millisi Avropa çempionatında finala vəsiqə qazanıb. Finalda Ukrayna ilə qarşılaşacaq.

0
Bu gün / 18:30
|
931

La Liqanın ən yaxşı baş məşqçisi Flik seçildi

Barselona baş məşqçisi Hans-Diter Flik La Liqada mövsümün ən yaxşı məşqçisi seçildi. Flik ardıcıl ikinci ildir ki, bu mükafatı qazanır.

0
Bu gün / 17:02
|
664

Ən bahalı qapıçılar: Donnarumma lider

CIES dünyanın ən bahalı qapıçılarının siyahısını dərc etdi: Donnarumma 79.5 milyon avro ilə birinci, Qarsiya ikinci.

0
Bu gün / 17:00
|
880

İran millisi viza alıb: DÇ-2026

İran millisinin oyunçuları 2026 DÇ üçün viza alıb. Turnir ABŞ, Kanada və Meksikada keçiriləcək.

0
Bu gün / 16:00
|
407

Messi Asturiya şahzadəsi mükafatını qazandı

Lionel Messi 2026-cı il üçün idman sahəsində nüfuzlu Asturiya şahzadəsi mükafatını qazandı. Xeyriyyəçilik fəaliyyəti və UNİSEF səfirliyi də vurğulanıb.

0
Bu gün / 14:02
|
855

Dağıstanlı döyüşçü: İdmanda məni azərbaycanlılarla çox şey bağlayır

Dağıstanlı döyüşçü Şara Bullet Azərbaycanda keçiriləcək UFC Fight Night-da qələbəyə inanır və azərbaycanlı azarkeşlərə səslənir.

0
Bu gün / 14:01
|
935

DÇ-2026-ya ən çox futbolçu göndərən klublar - SİYAHI

2026 Dünya Kubokuna ən çox futbolçu göndərən klublar açıqlandı. Mançester Siti 19 oyunçu ilə lider, Qalatasaray isə Türkiyədən tək təmsilçidir.

0
Bu gün / 13:30
|
743

DÇ-2026-nın ən yaşlı və ən gənc futbolçuları

DÇ-2026-nın ən yaşlı (Ronaldo) və ən gənc (Mora) futbolçuları. Siyahı, tarix və rekordlar.

0
Bu gün / 13:01
|
925

Tahir Abdullayev UFC ilə müqavilə imzaladı

Azərbaycanlı MMA döyüşçüsü Tahir Abdullayev UFC ilə müqavilə imzaladı. Debüt döyüşü iyunun 27-də Bakıda keçiriləcək.

0
...