"Volfsburq" futbol klubu tarixində ilk dəfə Bundesliqanı tərk edib.
Bu, "Paderborn 07" ilə pley-off matçında 1:2 hesablı məğlubiyyətdən sonra baş verib.
İlk görüş qolsuz heç-heçə ilə bitmişdi.
1997-ci ildə yüksək diviziona yüksələn klub 28 ildən sonra aşağı liqaya düşdü.
"Volfsburq" bir dəfə Bundesliqa çempionu, bir dəfə Almaniya Kuboku və Superkuboku qazanıb.












