Bond.az White LogoBond.az Black Logo

XXXII tura yekun vurulur, Sabah mükafatlandırılacaq

Bu gün Misli Premyer Liqasında XXXII tura yekun vurulacaq. Sabah çempion kimi mükafatlandırılacaq. Zirə Sumqayıtı, Sabah Neftçini qəbul edəcək.

Zemfira Rəsulova
Müəllif:Zemfira Rəsulova- Senior Editor
|
0

Bu gün Misli Premyer Liqasında XXXII tura yekun vurulacaq. Oxu.Az xəbər verir ki, son oyun günündə daha 2 qarşılaşma keçiriləcək.

"Zirə" Zirə İdman Kompleksinin stadionunda "Sumqayıt"ı, "Sabah" isə "Bank Respublika Arena"da "Neftçi"ni qəbul edəcək. Hər iki matç saat 18:00-da başlayacaq.

"Sabah" - "Neftçi" görüşü başa çatdıqdan sonra son ölkə çempionu olan Masazır kollektivinin futbolçuları mükafatlandırılacaq, komandaya kubok təqdim olunacaq.

Turnir cədvəlinə 75 xalla "Sabah" başçılıq edir. 53 xalı olan "Neftçi" dördüncü, 50 xala malik "Zirə" isə beşincidir. Yeddinci pillədə qərarlaşan "Sumqayıt"ın isə 41 xalı var.

Xatırladaq ki, turun əvvəlki keçirilən görüşlərində "Araz-Naxçıvan" "Kəpəz"i (2:0), "Qəbələ" "Karvan-Yevlax"ı (2:1), "Qarabağ" "İmişli"ni (3:0), "Şamaxı" "Turan Tovuz"u (3:2) məğlub edib. XXXII tura mayın 17-də yekun vurulacaq.

Digər Xəbərlər
Bu gün / 05:00
|
390

DÇ-2026: Belçika millisi "Qırmızı şeytanlar"

Belçika millisi DÇ-2026-da G qrupunda Yeni Zelandiya, Misir və İranla qarşılaşacaq. Komanda 2018-ci ilin bürünc uğurunu təkrarlamaq istəyir.

0
Bu gün / 02:01
|
568

Bavariya Avropada qol rekordunu yenilədi

Bavariya Avropanın TOP-5 liqasında bir mövsümdə 122 qolla yeni rekord vurdu. Real Madridin 121 qolluq rekordunu geridə qoydu.

0
Dünən / 23:30
|
853

Real Madrid kapitanı ayrılır?

Real Madrid kapitanı Daniel Karvaxal mövsüm sonunda klubdan ayrıla bilər. Detallar Bond.az-da.

0
Dünən / 22:01
|
757

Ən-Nəsr finalda məğlub, Ronaldu mükafata qatılmadı

Ən-Nəsr Asiya Çempionlar Liqası finalında Qamba Osakaya 0:1 uduzdu, Ronaldu mükafat mərasiminə qatılmadı.

0
Dünən / 21:16
|
842

Gənc güləşçilər Avropa çempionatında 5 medal qazandı

Azərbaycanın gənc sərbəst güləşçiləri U-17 Avropa çempionatının 6-cı günündə 5 medal qazanaraq böyük uğura imza atdılar.

0
Dünən / 20:46
|
802

Azərbaycan gimnastları 16 medalla qayıtdı

Azərbaycan gimnastları Bakıda keçirilən AGF Trophy beynəlxalq turnirində 16 medal qazanıb. Ətraflı məlumat Bond.az-da.

0
Dünən / 19:46
|
730

Azərbaycan tennisçiləri Daşkənddə 3 medal qazandı

Azərbaycan stolüstü tennisçiləri Daşkənddə keçirilən WTT Youth Contender turnirində 3 medal qazandılar. Onur Quluzadə gümüş, Cəfər Almədədli və Mehin Mirzəbalayeva bürünc medal qazandı.

0
Dünən / 19:01
|
958

Kurban Berdıyev: Hakim barədə sual verməyin

Turan Tovuz baş məşqçisi Kurban Berdıyev Şamaxı matçından sonra hakim barədə sualları cavablandırmayıb, komandadakı problemlərdən danışıb.

0
Dünən / 18:31
|
660

Qurban Qurbanov: Əsas heyətdən ayrılmalar olacaq

Qurban Qurbanov Qarabağın əsas heyətindən ayrılacaq futbolçular olduğunu bildirdi. Dəyişikliklər qaçılmazdır, adlar sonra açıqlanacaq.

0
Dünən / 17:01
|
991

Midlsbro casusluq qalmaqalı ilə bağlı rəsmi bəyanat yayıb

Midlsbro Çempionşipdə casusluq qalmaqalı ilə bağlı rəsmi bəyanat yayıb. Foto və detallar Bond.az-da.

0
Dünən / 16:15
|
243

Mançester Siti İngiltərə Kubokunu qazandı

Mançester Siti İngiltərə Kuboku finalında Çelsini 1:0 məğlub edərək kuboku qazandı. Antuan Semenyo qol vurdu.

0
Dünən / 15:46
|
560

Sabah basketbol klubu baş məşqçisi ilə yollarını ayırdı

Sabah basketbol klubu baş məşqçisi Rimas Kurtinaytis ilə yollarını ayırdı. Litvalı mütəxəssis milli komandaya fokuslanmaq üçün ayrıldı.

0
...