Yunanıstan millisinin və İtaliya klublarının keçmiş müdafiəçisi Marios Oikonomu yol qəzasından sonra xəstəxanada həyatını itirib.
33 yaşlı futbolçu mayın 23-də Yunanıstanın Yanina şəhərində motosikleti ilə yük maşınına çırpılıb. O, ağır baş xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, bir neçə gün sonra reanimasiyada vəfat edib.
Oikonomu 2016-2018-ci illərdə Yunanıstan yığmasında 6 oyun keçirib. Klub karyerasında "Kalyari", "Bolonya", SPAL, AEK, "Bari", "Kopenhagen", "Sampdoriya" kimi komandalarda çıxış edib.












