"Yuventus" yay transfer pəncərəsində qapı xəttini gücləndirmək niyyətindədir.
İtaliya mətbuatına görə, Turin təmsilçisinin əsas hədəflərindən biri "Aston Villa"nın qapıçısı Emiliano Martinesdir.
33 yaşlı argentinalı qolkiper dünya çempionu tituluna sahibdir. "Yuventus" rəhbərliyi transferin baha başa gələcəyini bilsə də, yaxın günlərdə bu keçidin maliyyə və idman tərəflərini araşdıracaq.
Bundan başqa, "Tottenhem"in qapıçısı Quyelmo Vikario da "Yuventus"un siyahısındadır.












