Bond.az White LogoBond.az Black Logo

Zidanın qəzəbi, itirilən çempionluq

Zidanın 2006 Dünya Kuboku finalında Materatsiyə kəllə vurması və itirilən çempionluq haqqında hekayə.

Zemfira Rəsulova
Müəllif:Zemfira Rəsulova- Senior Editor
|
0

Fərqli ölkələr, bayraqlar, ulduzlar, azarkeşlər...

Dünya çempionatı hər zaman xüsusi həyəcanla gəlib. Hər çempionatın özünəməxsus xüsusiyyətləri və hekayəsi var.

Amma mənim fikrimcə, mistik hekayələri ilə ən fərqli turnirlərdən biri 2006-cı il mundialı idi.

Əvvəldən qeyd edim ki, 2006-cı il mundialı futbolun hələ tam sənayeləşmədiyi son dövr turnirlərindən biri kimi qəbul olunur. Bir çox superulduz üçün bu, son beynəlxalq turnir idi. Bekhem, Fiqu, Roberto Karlos, Ronaldo, Del Pyero kimi dövrünün elit futbolçuları son dəfə dünya çempionatında görünürdülər.

Həmin il Çempionlar Liqasını Ronaldinyonun "Barselona"sı qazandı. Braziliyalı sehrbaz bütün dünyanın gözündə bir nömrə idi. Hamı dünya çempionatında ondan şou gözləyirdi.

Digər böyük gözlənti isə İngiltərə idi. Bir il əvvəl "Qızıl top" yarışında Ronaldinyodan sonra ilk üçlüyü tamamlayan Lempard və Cerard öz səviyyələri ilə böyük ümid yaradırdılar.

Bu turnir həm də Kriştianu Ronaldu və Messinin ilk dünya çempionatı idi.

Fransa turnirə əsas favorit kimi daxil olmamışdı. Heyət güclü olsa da, Braziliya, İngiltərə və ev sahibi Almaniya daha real favoritlər sayılırdı. Fransa 1998-ci ildə çempion olmuş, lakin növbəti mundialda qrupdan çıxa bilməmişdi.

Turnirdən bir müddət əvvəl komandanın lideri Zidan milli karyerasını bitirmək qərarına gəlmişdi. Sonradan fikrini dəyişərək mundialdan sonra karyerasını başa vuracağını bildirdi.

Turnirin ən çox gözlənilən oyunlarından biri 1/4 finalda Braziliya ilə Fransa arasında oldu. 1998-ci il finalının revanşı bu dəfə daha erkən mərhələdə baş tuturdu. Hamı Braziliyanı favorit sayırdı. Ronaldo və Ronaldinyodan böyük gözləntilər var idi.

Amma meydanda tamam başqa mənzərə gördük. Zidan sanki oyunun tam hakimi idi. O, 90 dəqiqə boyunca oyunu idarə edən bir dirijor kimi çıxış edirdi. Braziliyanın heç bir planı işləmir, Ronaldo və Ronaldinyo isə sanki oyunda yox idilər.

Oyunun taleyini Anrinin qolu həll etdi və Fransa qələbə qazandı. Hamı revanş gözləyərkən Zidan Braziliyanı yenidən məyus etmişdi.

Yarımfinalda Fiqulu Portuqaliyanı və gənc Kriştianu Ronaldunun komandasını məğlub edən Fransa finala yüksəldi. Finalda isə onları ev sahibi Almaniyanı yarımfinalda məğlub edən İtaliya gözləyirdi.

İtaliya futbolu hər zaman müdafiə sistemi və sərt oyunu ilə tanınıb. Bu turnirdə də baxımlı oyun göstərməsələr də, heyət çox güclü idi: Del Pyero, Totti, Pirlo və qapıda Buffon.

Oyun Fransanın üstünlüyü ilə başladı. Zidan penalti zərbəsini "panenka" üslubunda qola çevirdi. Top dirəyə dəyərək xətti keçdi. Tora isə toxunmadı. Sanki top Zidana hörmətindən qol oldu, Buffona hörmətindən isə tora dəymədi.

Meydançada Materatsi Zidanı oyundan çıxarmaq üçün sərt oyun sərgiləyirdi. Hesabı bərabərləşdirdikdən sonra da duellərdə daha aqressiv davranırdı.

Oyun 1:1 hesabı ilə başa çatdı. Əlavə vaxtda Materatsi Zidanla mübarizə zamanı onun ailəsini təhqir etdi. Zidan özünü saxlaya bilməyərək ona kəllə vurdu və qırmızı vərəqə aldı.

Bundan sonra Fransanın oyunu tamamilə dağıldı. Turnirin lideri olan futbolçu finalın ən kritik anında meydandan qovuldu. Penaltilər seriyasında isə İtaliya dünya çempionu oldu.

Bu hadisənin üstündən 20 il keçsə də, hələ də Zidanın hərəkətinə obyektiv qiymət vermək çətindir. Bəli, bir insan üçün ailə hər şeydən önəmlidir. Amma final oyunu, provokasiya ehtimalı və oyunun gedişi nəzərə alındıqda, bu reaksiyanı izah etmək asan deyil.

Amma paralel bir dünyada o kəllə olmasaydı, Zidan karyerasını dünya çempionu kimi başa vura bilərdi. "Qızıl top" qazanardı və özünə yaraşan əzəmətli bir sonluq yaşayardı.

Amma o, fərqli son seçdi. Tarixdə qalacaq, ikonik və gözlənilməz bir son...

Digər Xəbərlər
2026-07-05 21:31
|
773

Baloq qırmızıdan qurtuldu, oynayacaq

FIFA Baloqun qırmızı kart cəzasını şərti dayandırdı, ABŞ hücumçusu Belçikaya qarşı oynaya biləcək.

0
2026-07-05 21:03
|
333

Mixail Malkin dünya kuboku seriyasının qalibi oldu

Azərbaycanlı gimnast Mixail Malkin tamblinq üzrə dünya kuboku seriyasının qalibi oldu. AGF məlumat yayıb.

0
2026-07-05 20:01
|
499

Ronaldodan milyonları kədərləndirən açıqlama

Kriştianu Ronaldu 2026-cı il dünya çempionatının son mundialı olacağını açıqlayıb. Detallar Bond.az-da.

0
2026-07-05 19:31
|
757

Azərbaycan cüdoçuları 9 medalla qayıtdı

Azərbaycan cüdoçuları Praqada keçirilən Avropa Kubokunda 2 qızıl, 4 gümüş, 3 bürünc medal qazanaraq üçüncü oldu.

0
2026-07-05 17:31
|
532

Meksikalı futbolçular Rolex saatlarını qaytardı

Meksika milli futbol komandasının üzvləri amerikalı videobloqer tərəfindən hədiyyə edilən Rolex saatlarını geri qaytarıb.

0
2026-07-05 17:02
|
765

Messi 2026 Qızıl top favoriti

Lionel Messi 2026 Qızıl top mükafatının əsas favoriti seçildi. Argentina ulduzu Avropadan kənarda da bu mükafatı qazana bilər.

0
2026-07-05 17:01
|
434

Baccio, itirilən kubok və əbədi sual

Roberto Baccio, İtaliya futbolunun simvolu, 1994 Dünya Kuboku finalında penalti qaçıraraq tarixin ən kədərli anlarından birini yaşadı. Hekayəni oxuyun.

0
2026-07-05 16:31
|
853

Lekler Formula 1 Britaniya QP qalibi

Şarl Lekler Formula 1 üzrə Britaniya Qran-prisinin qalibi olub. Yarışın nəticələri və növbəti mərhələ haqqında məlumat.

0
2026-07-05 15:02
|
760

Qarabağ Borussiya Dortmund sabiq futbolçusunu transfer etdi

Qarabağ Borussiya Dortmundun sabiq futbolçusu Cebrail Makreçkisi transfer etdi. 26 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalandı.

0
2026-07-05 14:31
|
377

Zirə Kris Diqbeunu heyətinə qatdı

Zirə klubu Kot-d'İvuarlı yarımmüdafiəçi Kris Diqbeunu 4 illik müqavilə ilə heyətinə qatdı.

0
2026-07-05 14:01
|
748

Yeni güləş zalları istifadəyə verildi

Azərbaycanda Qazax və Mingəçevirdə yeni güləş zalları istifadəyə verilib, gənclər idmana cəlb olunur.

0
2026-07-05 13:00
|
835

ABŞ mundialda 600+ dron müsadirə etdi

ABŞ xüsusi xidmət orqanları dünya çempionatı zamanı 600-dən çox dron müsadirə edib. FTB məlumatı.

0
...