Zirə UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Gürcüstanın Torpedo komandası ilə qarşılaşacaq.
İlk oyun iyulun 8-də Sumqayıtda keçiriləcək. Bu matçı Finlandiyadan olan hakimlər idarə edəcək.
Baş hakim Yani Hüytiyə köməkçiləri Veli-Matti Leppenen və Yusso Mantere yardım edəcək. Dördüncü hakim Peyman Simani olacaq.
Cavab oyunu iyulun 16-da səfərdə keçiriləcək. Macarıstanlı hakimlər briqadası matçı idarə edəcək.
Baş hakim Mihali Kapraya İstvan Albert və Bense Belitsa kömək edəcək. Dördüncü hakim Marsel Derdak olacaq.












