"Zirə"nin UEFA Konfrans Liqası 2026/27 mövsümündə II təsnifat mərhələsində mübarizə aparacağı ehtimal olunan rəqiblər bəlli olub.
Rəşad Sadıqovun yetirmələri I mərhələdə Gürcüstanın "Torpedo" klubunu keçərsə, növbəti raundda "Heqelman" (Litva) - "Payde" (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, II təsnifat mərhələsinin oyunları iyulun 23 və 30-da keçiriləcək.












