2025-ci ildə Azərbaycanın müdafiə xərcləri əhəmiyyətli dərəcədə artıb. Dövlət büdcəsindən müdafiə və təhlükəsizlik üçün 8 milyard 68 milyon manat ayrılıb. Bu, 2024-cü illə müqayisədə 22,9% çoxdur.
ÜDM-in 6,2%-ni təşkil edən bu xərclər dövlət büdcəsi xərclərinin 20,9%-ni təşkil edib. Əlavə ehtiyatlardan 2 milyard 856 milyon manat da müdafiə layihələrinə yönəldilib.
Prezidentin fərmanı ilə Müdafiə Nazirliyi 34,7 milyon manat dəyərində mənzil alıb. Hüquq mühafizə orqanlarının xərcləri də 3,9% artaraq 2 milyard 920,3 milyon manat olub.











