2025-ci ildə dövlət büdcəsindən 44 publik hüquqi şəxsə 968 milyon manat ayrılıb.
Bu barədə maliyyə naziri Sahil Babayev Milli Məclisin plenar iclasında bildirib.
Nazir qeyd edib ki, ötən il kənd təsərrüfatı istehsalçılarına 504 milyon manat, güzəştli ipoteka kreditləri üçün 85 milyon manat, sahibkarlara subsidiyalar üçün 15 milyon manat xərclənib.












