Bu ilin 5 ayında pensiya ödənişlərinə 3 milyard 262 milyon manat vəsait yönəldilib. Bu, ötən ilin eyni dövrünə nisbətən 10% (308 milyon manat) çoxdur.
Oxu.Az xəbər verir ki, məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yayıb.
1 iyun 2026-cı il tarixinə pensiyaların orta aylıq məbləği 594 manat, o cümlədən yaşa görə orta aylıq pensiya 632 manat olub. Bu, ötən ilə nisbətən 10% artım deməkdir.












