ABŞ və İran arasında razılaşma xəbərləri dolların ucuzlaşmasına səbəb olur. Bu, investorların əhvalını yaxşılaşdırıb və neft qiymətlərini aşağı çəkib.
"Bloomberg" agentliyinin məlumatına görə, neft kotirovkalarının düşməsi inflyasiya təzyiqini azaldır. Bu da Amerika valyutasının məzənnəsinə mənfi təsir göstərir.
Lakin dolların ucuzlaşması məhdud ola bilər. ABŞ-ın güclü iqtisadi göstəriciləri, məşğulluq rəqəmləri və FED-in 2026-cı ildə faiz dərəcələrini artıracağı gözləntiləri dollara dəstək verir.












