Asiya İnkişaf Bankı (AİB) Xəzəryanı ölkələr üçün 3.5 milyard dollar vəsait ayırıb. Bunu AİB-in Su və Şəhər İnkişafı sektorunun baş direktoru Norio Saito Ümumdünya Şəhərsalma Forumunda (WUF13) deyib.
O bildirib ki, bank Azərbaycanla yeni layihələr müzakirə edir. Bakının su təchizatı sisteminin təkmilləşdirilməsi planlaşdırılır.
Yeni su mənbələrinin yaradılması kənd təsərrüfatına fayda verəcək. Çirkli suların təmizlənməsi qurğularının sayı artırılacaq.












