Akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsi üçün dövlət rüsumu artırılır. Yeni təklifə əsasən, rüsum 50 manatdan 70 manata qalxacaq.
Milli Məclisin Aqrar siyasət komitəsində müzakirə edilən layihəyə görə, dəyişiklik "Dövlət rüsumu haqqında" qanuna edilir.
Bundan əlavə, akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsi sahibkarlıq fəaliyyətinə verilən icazələr siyahısına əlavə olunur. Bu, dövlət nəzarətinin gücləndirilməsi və vahid tənzimləmə modelinin formalaşdırılması məqsədi daşıyır.
Beynəlxalq təcrübə, xüsusilə FAO prinsipləri bu yanaşmanı dəstəkləyir.












