Azərbaycanda aqrar sahəyə 700 milyon manat investisiya qoyulacaq. Bu barədə Prezidentin köməkçisi Zeynal Nağdəliyev məlumat verib.
O bildirib ki, bitkiçilik, heyvandarlıq, meyvəçilik, quşçuluq, balıqçılıq, kartofçuluq, çəltikçilik və emal sahələrinin inkişafı üçün nəzərdə tutulan investisiyaların ümumi həcmi təxminən 700 milyon manat olacaq.
Nağdəliyev bu açıqlamanı "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən müşavirədə edib.












