Bond.az White LogoBond.az Black Logo

Azərbaycanda iqtisadi artım və qeyri-neft sektoru

Azərbaycanda iqtisadi artım, qeyri-neft sektorunun inkişaf perspektivləri, nazir Mikayıl Cabbarovun açıqlamaları və ekspert rəyi.

Gülnar Abbasova
Müəllif:Gülnar Abbasova- Senior Editor
|
0

İqtisadiyyat naziri Mikayıl Cabbarov İctimai Televiziya və AZƏRTAC-a müsahibəsində bildirib ki, 2026-cı ilin ilk dörd ayında artım templərinin gözləntilərdən bir qədər aşağı olması əsasən dövlət tərəfindən həyata keçirilən bir sıra layihələrin icra vaxtlarının dəyişdirilməsi ilə bağlıdır.

Nazirin sözlərinə görə, icra edilməsi planlaşdırılan bir sıra dövlət investisiyaları üzrə tikinti fəaliyyəti növbəti mərhələdə həyata keçiriləcək.

Bu səbəbdən tikinti sektorunda kəskin azalma müşahidə edilir və bu, daha çox özəl deyil, dövlət tikinti layihələri ilə bağlıdır. Bəs ümumiyyətlə, Azərbaycanda iqtisadi artıma ən çox təsir edən sahələr hansılardır? İqtisadçı Xalid Kərimli Baku TV-yə bildirib ki, dövlətin son 10 ildə həyata keçirdiyi əsas siyasət qeyri-neft sektorunun inkişafına yönəlib:

"Göstəricilərə baxdıqda görürük ki, qeyri-neft sektorunda müəyyən irəliləyişlər var - həm qeyri-neft sənayesində, həm də informasiya, rabitə və texnologiya sahəsində. Lakin iqtisadiyyatın daha dinamik artımı üçün özəl sektorun sürətli inkişafı vacibdir. İxrac, xüsusilə, qeyri-neft ixracı daha sürətlə artmalı, əhalinin xərcləmələri yüksəlməlidir. Yəni ölkə əvvəlki modeldə - neft gəlirlərinin xərclənməsi hesabına iqtisadi artımı müəyyən müddət təmin edə bilər. Amma bu yanaşma davamlı deyil. Hətta 10 il ərzində belə artımın bu modelə əsaslanması mümkündür, lakin bu, dövlətin valyuta ehtiyatlarının sürətlə azalmasına səbəb ola bilər".

Ekspertin fikrincə, valyuta ehtiyatları hesabına iqtisadi artım dayanıqlı deyil və müvəqqəti xarakter daşıyır. Bu baxımdan dövlət büdcəsi xərclərində intizamın gücləndirilməsi və qeyri-neft sektorunun inkişafının stimullaşdırılması daha dayanıqlı iqtisadi artım mənbələri yaradır. Nəticədə isə bu keçid dövrü qısamüddətli aşağı artım templərinə səbəb ola bilər.

Digər Xəbərlər
Dünən / 17:01
|
724

İpoteka azalması mənzil satışına necə təsir etdi?

İpoteka kreditlərinin azalması mənzil satışına necə təsir edir? İqtisadçı Vüqar Oruc şərh edir. Daşınmaz əmlak bazarındakı son vəziyyət.

0
Dünən / 05:30
|
408

Azərbaycan nefti bahalaşdı: 72.93 dollar

Azərbaycan nefti bahalaşdı. "Azeri Light" neftinin qiyməti 72.93 dollar oldu. Yenilikləri izləyin.

0
Dünən / 02:00
|
472

Yaponiya İrandan neft alacaq?

Yaponiya İrandan neft almaq üçün danışıqlara başlayıb. ABŞ sanksiyaları yumşaldıqdan sonra Tehran neft satışına icazə verib.

0
2026-07-03 14:33
|
699

Hadı Rəcəblinin oğluna 350 minlik iş

Ağdamda məcburi köçkünlər üçün yaşayış kompleksinin qazanxana sisteminə 354 min manat xərclənəcək. Xidməti Hadi Rəcəblinin oğlunun şirkəti göstərəcək.

0
2026-07-03 06:01
|
808

100 manatlıq yenilənmiş pul tədavülə buraxılır

15 iyulda yenilənmiş 100 manatlıq pul nişanı tədavülə buraxılır. Mərkəzi Bank saxtalaşdırmaya qarşı tədbirləri davam etdirir.

0
2026-07-03 05:32
|
795

Qızıl 4200 dolları keçdi

Qızılın qiyməti Comex birjasında 4200 dolları keçdi. Son məlumatlara görə, qızıl füçersi 4206.7 dollara yüksəlib.

0
2026-07-02 20:31
|
693

Türkiyə SEPA-ya qoşulmaq istəyir

Türkiyə Avropa Ödəniş Şurasına müraciət edərək Vahid Avro Ödəniş Məkanına (SEPA) qoşulmaq niyyətini bildirib. Bu, Aİ ilə ticarət və investisiyaları artıracaq.

0
2026-07-02 17:31
|
805

Gənc jurnalistlər SOCAR-ın yaşıl enerji planında

SOCAR-ın Eko-parkında gənc media nümayəndələri üçün yaşıl enerji planı təqdim olundu, dekarbonizasiya strategiyası müzakirə edildi.

0
2026-07-02 15:31
|
891

Azərbaycandan tranzitlə Ermənistana buğda

Rusiyadan Ermənistana 14 vaqon buğda Azərbaycandan tranzitlə göndəriləcək. Yük Biləcəri stansiyasından yola salınacaq.

0
2026-07-01 14:00
|
663

45 nəfərə pulsuz mənzil veriləcək

Saatlı rayonunda 45 nəfərə pulsuz mənzil veriləcək. Əlil və şəhid ailələrinə 18 üçotaqlı, 27 ikiotaqlı mənzil.

0
2026-07-01 11:02
|
749

ƏDV depozit hesabı ilə bağlı yeni dəyişiklik

ƏDV depozit hesabı ilə bağlı yeni dəyişiklik: sahibkarlara dövlət sosial müdafiə fonduna vəsait köçürmək imkanı yaradılır.

0
2026-07-01 08:33
|
441

Sahil Babayev: QDTİB kiçik və orta biznesi maliyyələşdirəcək

Maliyyə naziri Sahil Babayev Qara Dəniz Ticarət və İnkişaf Bankının kiçik və orta biznesi maliyyələşdirməyi planlaşdırdığını açıqladı.

0
...
Azərbaycanda iqtisadi artım və qeyri-neft sektoru | Bond.az