Bu gündən Bakı Enerji Həftəsinə start verilir. Tədbir 1-3 iyun aralığında keçiriləcək.
Enerji həftəsi 31-ci Xəzər Neft və Qaz Beynəlxalq Sərgisi, 14-cü Xəzər Enerji Beynəlxalq Təmiz Enerji Sərgisi və 31-ci Bakı Enerji Forumunu birləşdirir.
45 ölkədən beynəlxalq və yerli şirkətlər iştirak edəcək.
Sessiyalar arasında nazirlərin plenar sessiyası, təbii qaz bazarları, yaşıl enerji və regional inteqrasiya, həmçinin enerjinin gələcəyi mövzuları yer alacaq.
İlk dəfə D8 ölkələrinin energetika nazirlərinin iclası keçiriləcək.
İyunun 2-də Azərbaycan-ABŞ İqtisadi Dialoqu baş tutacaq.












