Bond.az White LogoBond.az Black Logo

Bakı süni intellekt həftəsinə ev sahibliyi edəcək

Bakı bu il ABŞ-nin II Dünya Süni İntellekt Həftəsinə ev sahibliyi edəcək. Azərbaycan-ABŞ İqtisadi Dialoqu çərçivəsində rəqəmsal infrastruktur və innovasiyalar müzakirə olunub.

Səbinə Rəhimova
Müəllif:Səbinə Rəhimova- Senior Editor
|
0

Bu gün Bakıda keçirilmiş Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclasında bu il Bakının ABŞ-nin II Dünya Süni İntellekt Həftəsinə ev sahibliyi edəcəyi elan olunub.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, iclas Bakı Enerji Həftəsi çərçivəsində İqtisadiyyat Nazirliyi və ABŞ Dövlət Departamentinin birgə təşkilatçılığı ilə Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyaya uyğun olaraq təşkil olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov və ABŞ Dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Keyleb Orrun iştirakı ilə Azərbaycanda rəqəmsal infrastrukturun yaradılması, texnologiya transferi və səmərəli sənaye həllərinin tətbiqi sahələrində bir sıra sənədlər və Dialoqun Protokolu imzalanıb.

Birinci İqtisadi Dialoq çərçivəsində regional bağlantılar, ticarət və tranzit, enerji təhlükəsizliyi, investisiyalar, süni intellekt və rəqəmsal infrastruktur mövzularına həsr olunmuş panel sessiyalar keçirilib. İlk sessiyada Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP), Orta Dəhliz, regional logistika imkanlarının genişləndirilməsi, Azərbaycanın investorlar üçün əlverişli biznes mühiti, eləcə də ölkənin Avropa və Mərkəzi Asiya ilə artan əlaqələrinin ABŞ şirkətləri üçün yaratdığı yeni imkanlar müzakirə olunub.

Enerji təhlükəsizliyi üzrə sessiyada Cənub Qaz Dəhlizinin inkişafı, elektrik bağlantıları və enerji istehsalının artırılması istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Təchizat zəncirlərinin diversifikasiyası, kritik mineral təchizat zəncirlərinin şaxələndirilməsi və digər sahələrdə tərəfdaşlıq məsələləri müzakirə olunub.

İqtisadi investisiyalar üzrə paneldə hər iki xalqın qarşılıqlı rifahına xidmət edən iqtisadi layihələrin, o cümlədən nəqliyyat və logistika, enerji və rəqəmsal texnologiyalara ikitərəfli investisiyaların təşviqi məsələləri müzakirə olunub. Həmçinin investorlar üçün təşviq mexanizmlər, üstünlüklər və əlverişli hüquqi rejim təklif edən Ələt Azad İqtisadi Zonası daxil olmaqla müxtəlif istiqamətlərdə ABŞ investisiyalarının təşviqi imkanları diqqət mərkəzində olub.

Süni intellekt və rəqəmsal infrastruktur üzrə müzakirələrdə ABŞ-nin yüksəktexnoloji həlləri barədə məlumat verilib. Data mərkəzləri, süni intellekt texnologiyalarının tətbiqi istiqamətində əməkdaşlıq, tənzimləyici çərçivələrin inkişafı və bu sahədə gələcək tərəfdaşlıq nəzərdən keçirilib. İclas çərçivəsində tərəflər iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi və innovativ layihələrin dəstəklənməsinin əhəmiyyətini vurğulayıblar.

Tədbir çərçivəsində həmçinin biznes dairələri ilə görüş keçirilib, özəl sektor arasında əməkdaşlığın inkişafı və yeni tərəfdaşlıqların qurulmasının əhəmiyyəti qeyd olunub.

Digər Xəbərlər
2026-07-04 17:01
|
724

İpoteka azalması mənzil satışına necə təsir etdi?

İpoteka kreditlərinin azalması mənzil satışına necə təsir edir? İqtisadçı Vüqar Oruc şərh edir. Daşınmaz əmlak bazarındakı son vəziyyət.

0
2026-07-04 05:30
|
408

Azərbaycan nefti bahalaşdı: 72.93 dollar

Azərbaycan nefti bahalaşdı. "Azeri Light" neftinin qiyməti 72.93 dollar oldu. Yenilikləri izləyin.

0
2026-07-04 02:00
|
472

Yaponiya İrandan neft alacaq?

Yaponiya İrandan neft almaq üçün danışıqlara başlayıb. ABŞ sanksiyaları yumşaldıqdan sonra Tehran neft satışına icazə verib.

0
2026-07-03 14:33
|
699

Hadı Rəcəblinin oğluna 350 minlik iş

Ağdamda məcburi köçkünlər üçün yaşayış kompleksinin qazanxana sisteminə 354 min manat xərclənəcək. Xidməti Hadi Rəcəblinin oğlunun şirkəti göstərəcək.

0
2026-07-03 06:01
|
808

100 manatlıq yenilənmiş pul tədavülə buraxılır

15 iyulda yenilənmiş 100 manatlıq pul nişanı tədavülə buraxılır. Mərkəzi Bank saxtalaşdırmaya qarşı tədbirləri davam etdirir.

0
2026-07-03 05:32
|
795

Qızıl 4200 dolları keçdi

Qızılın qiyməti Comex birjasında 4200 dolları keçdi. Son məlumatlara görə, qızıl füçersi 4206.7 dollara yüksəlib.

0
2026-07-02 20:31
|
693

Türkiyə SEPA-ya qoşulmaq istəyir

Türkiyə Avropa Ödəniş Şurasına müraciət edərək Vahid Avro Ödəniş Məkanına (SEPA) qoşulmaq niyyətini bildirib. Bu, Aİ ilə ticarət və investisiyaları artıracaq.

0
2026-07-02 17:31
|
805

Gənc jurnalistlər SOCAR-ın yaşıl enerji planında

SOCAR-ın Eko-parkında gənc media nümayəndələri üçün yaşıl enerji planı təqdim olundu, dekarbonizasiya strategiyası müzakirə edildi.

0
2026-07-02 15:31
|
891

Azərbaycandan tranzitlə Ermənistana buğda

Rusiyadan Ermənistana 14 vaqon buğda Azərbaycandan tranzitlə göndəriləcək. Yük Biləcəri stansiyasından yola salınacaq.

0
2026-07-01 14:00
|
663

45 nəfərə pulsuz mənzil veriləcək

Saatlı rayonunda 45 nəfərə pulsuz mənzil veriləcək. Əlil və şəhid ailələrinə 18 üçotaqlı, 27 ikiotaqlı mənzil.

0
2026-07-01 11:02
|
749

ƏDV depozit hesabı ilə bağlı yeni dəyişiklik

ƏDV depozit hesabı ilə bağlı yeni dəyişiklik: sahibkarlara dövlət sosial müdafiə fonduna vəsait köçürmək imkanı yaradılır.

0
2026-07-01 08:33
|
441

Sahil Babayev: QDTİB kiçik və orta biznesi maliyyələşdirəcək

Maliyyə naziri Sahil Babayev Qara Dəniz Ticarət və İnkişaf Bankının kiçik və orta biznesi maliyyələşdirməyi planlaşdırdığını açıqladı.

0
...
Bakı süni intellekt həftəsinə ev sahibliyi edəcək | Bond.az