Sabahdan Azərbaycanda bəzi közərmə lampalarının satışı qadağan edilir. Bu qadağa iyulun 1-dən qüvvəyə minir.
"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Qanuna əsasən, 25 Vt-dan 60 Vt-a qədər gücə malik közərmə lampalarının idxalı, istehsalı və satışı qadağandır. Xüsusi təyinatlı lampalar istisnadır.
Qeyd edək ki, yanvarın 1-dən 60 Vt və yuxarı lampalar artıq qadağan edilib.












