Londonun ICE birjasında "Brent" markalı xam neftin fyuçersləri 4%-dən çox artıb.
Oxu.Az xəbər verir ki, bu, ticarət sessiyasının göstəricilərində öz əksini tapıb.
Bakı vaxtı ilə saat 08:28-ə olan məlumata əsasən, "Brent" neftinin dəyəri 4.15% artaraq bir barel üçün 98.2 dollara çatıb.
Saat 08:35-ə qədər "Brent" neftinin bahalaşma tempi bir qədər zəifləyərək bareli üçün 97.99 dollar təşkil edib. Eyni zamanda, iyul ayına çatdırılma ilə WTI markalı neftin fyuçers qiyməti 4.09% yüksələrək bareli üçün 92.31 dollara çatıb.












