Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) may ayı üzrə daşınmaz əmlak indekslərini elan edib.
Palatadan Oxu.az-a bildirilib ki, 2026-cı ilin may ayında daşınmaz əmlak bazarında ümumi artım müşahidə olunub. Seqmentlər üzrə dinamika fərqlidir.
AQP Kompozit indeksi may ayında 106.0 səviyyəsində qeydə alınıb. Bu, 2025-ci ilin dekabrına nisbətən 6.0% artım deməkdir.
Analizlər göstərir ki, artımın əsas səbəbi torpaq seqmentidir.










