2026-cı il yanvarın 1-nə Azərbaycanın dövlət borcu 25.987,5 milyon manat təşkil edib. Bu, 2025-ci il ÜDM-in 20,1 %-nə bərabərdir.
Oxu.Az-ın məlumatına görə, bu rəqəmlər dövlət büdcəsinin icrası haqqında qanun layihəsində əks olunub.
Ümumi borcun 31,5 %-i xarici, 68,5 %-i isə daxili borcdur. "Aqrarkredit" QSC-nin öhdəlikləri çıxılmaqla, xarici borcun payı 47,6 %, daxili borcun payı isə 52,4 % olur.











