Bond.az White LogoBond.az Black Logo

Dövlət fermerlərin kredit faizlərini ödəyəcək

Dövlət fermerlərin kredit faizlərini ödəyəcək. Yeni mexanizm aqrar sahəyə dəstək məqsədi daşıyır.

Nərmin Vəliyeva
Müəllif:Nərmin Vəliyeva- Senior Editor
|
0

Kənd Təsərrüfatı Nazirliyi birillik əkin aparan fermerlərə yeni dəstək mexanizmi tətbiq edir.

Yeni alət aqrar sahəyə özəl sektor vəsaitlərinin yönəldilməsini təşviq edəcək.

Məqsəd kredit faizlərinin dövlət tərəfindən qarşılanması yolu ilə aqrotexniki xidmətlər üçün maliyyə əlçatanlığını yaxşılaşdırmaqdır.

Aqrar Subsidiya Şurasının qərarı ilə banklar tərəfindən fermerlərə ayrılacaq əkin məqsədli kreditlərin illik faiz dərəcəsinin dövlət büdcəsi hesabına maliyyələşdirilən hissəsi 19 faizədək müəyyən edilib.

Bu kreditlər çəltik, qarğıdalı, darı, sorqo, digər dənli və dənli-paxlalı bitkilər, həmçinin günəbaxan, kartof, tərəvəz və bostan bitkiləri, eləcə də texniki bitkilər - pambıq, şəkər çuğunduru, tütün və soya əkən fermerlərə veriləcək.

Yeni mexanizmin üstünlüyü ondan ibarətdir ki, kənd təsərrüfatı istehsal vasitələrinin alınması və aqrotexniki xidmətlərdən istifadə məqsədi ilə götürülən və müddəti bir ili keçməyən kreditlər üzrə hesablanan faizlər Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən qarşılanacaq. Fermerlər müddətin sonunda kreditin yalnız əsas məbləğini banka geri ödəyəcəklər.

Subsidiya vəsaitlərinə ən çox əkin mövsümünün əvvəlində ehtiyac yaranır. Subsidiya ödənişləri isə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan dövrü bitdikdən və yoxlama prosesi başa çatdıqdan sonra həyata keçirilir. Məhz bu məqam nəzərə alınaraq, fermerlərə əkin mövsümündə ehtiyacları olan vəsaiti daha tez əldə etmələri üçün faizləri dövlət tərəfindən ödənilən kreditlərdən faydalanma imkanı yaradılıb. Bunun üçün onlar banklara və bank olmayan kredit təşkilatlarına müraciət edə bilərlər.

Qeyd edək ki, fermerlər tərəfindən götürülən kreditlərin faizləri Azərbaycan Respublikası Prezidentinin 5 mart 2026-cı il tarixli Fərmanına əsasən, dövlət büdcəsi hesabına AKİA tərəfindən maliyyələşdiriləcək.

Digər Xəbərlər
2026-07-04 17:01
|
724

İpoteka azalması mənzil satışına necə təsir etdi?

İpoteka kreditlərinin azalması mənzil satışına necə təsir edir? İqtisadçı Vüqar Oruc şərh edir. Daşınmaz əmlak bazarındakı son vəziyyət.

0
2026-07-04 05:30
|
408

Azərbaycan nefti bahalaşdı: 72.93 dollar

Azərbaycan nefti bahalaşdı. "Azeri Light" neftinin qiyməti 72.93 dollar oldu. Yenilikləri izləyin.

0
2026-07-04 02:00
|
472

Yaponiya İrandan neft alacaq?

Yaponiya İrandan neft almaq üçün danışıqlara başlayıb. ABŞ sanksiyaları yumşaldıqdan sonra Tehran neft satışına icazə verib.

0
2026-07-03 14:33
|
699

Hadı Rəcəblinin oğluna 350 minlik iş

Ağdamda məcburi köçkünlər üçün yaşayış kompleksinin qazanxana sisteminə 354 min manat xərclənəcək. Xidməti Hadi Rəcəblinin oğlunun şirkəti göstərəcək.

0
2026-07-03 06:01
|
808

100 manatlıq yenilənmiş pul tədavülə buraxılır

15 iyulda yenilənmiş 100 manatlıq pul nişanı tədavülə buraxılır. Mərkəzi Bank saxtalaşdırmaya qarşı tədbirləri davam etdirir.

0
2026-07-03 05:32
|
795

Qızıl 4200 dolları keçdi

Qızılın qiyməti Comex birjasında 4200 dolları keçdi. Son məlumatlara görə, qızıl füçersi 4206.7 dollara yüksəlib.

0
2026-07-02 20:31
|
693

Türkiyə SEPA-ya qoşulmaq istəyir

Türkiyə Avropa Ödəniş Şurasına müraciət edərək Vahid Avro Ödəniş Məkanına (SEPA) qoşulmaq niyyətini bildirib. Bu, Aİ ilə ticarət və investisiyaları artıracaq.

0
2026-07-02 17:31
|
805

Gənc jurnalistlər SOCAR-ın yaşıl enerji planında

SOCAR-ın Eko-parkında gənc media nümayəndələri üçün yaşıl enerji planı təqdim olundu, dekarbonizasiya strategiyası müzakirə edildi.

0
2026-07-02 15:31
|
891

Azərbaycandan tranzitlə Ermənistana buğda

Rusiyadan Ermənistana 14 vaqon buğda Azərbaycandan tranzitlə göndəriləcək. Yük Biləcəri stansiyasından yola salınacaq.

0
2026-07-01 14:00
|
663

45 nəfərə pulsuz mənzil veriləcək

Saatlı rayonunda 45 nəfərə pulsuz mənzil veriləcək. Əlil və şəhid ailələrinə 18 üçotaqlı, 27 ikiotaqlı mənzil.

0
2026-07-01 11:02
|
749

ƏDV depozit hesabı ilə bağlı yeni dəyişiklik

ƏDV depozit hesabı ilə bağlı yeni dəyişiklik: sahibkarlara dövlət sosial müdafiə fonduna vəsait köçürmək imkanı yaradılır.

0
2026-07-01 08:33
|
441

Sahil Babayev: QDTİB kiçik və orta biznesi maliyyələşdirəcək

Maliyyə naziri Sahil Babayev Qara Dəniz Ticarət və İnkişaf Bankının kiçik və orta biznesi maliyyələşdirməyi planlaşdırdığını açıqladı.

0
...
Dövlət fermerlərin kredit faizlərini ödəyəcək | Bond.az