ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycan üçün neft hasilatı proqnozlarını yeniləyib.
Oxu.Az xəbər verir ki, proqnozlar "Qısamüddətli enerji perspektivi" hesabatının iyun buraxılışında dərc olunub.
2026-cı ildə gündəlik neft hasilatının 550 min barel olacağı gözlənilir. Bu, əvvəlki 540 min barellik proqnozdan 10 min barel çoxdur.
Rüblük göstəricilərdə də artım var: ikinci rübdə 550 min barel/gün (əvvəl 540 min), üçüncü və dördüncü rüblərdə 540 min barel/gün (əvvəl 530 min).
2025-ci ildə hasilat daha yüksək olub: rüblər üzrə 560-570 min barel/gün arasında dəyişib.











