Nazirlər Kabineti yeni sənəd təsdiq edib. Bu, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək mexanizmlərinin qiymətləndirilməsi qaydalarıdır.
Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qaydalar nəzarət zərfi dövlətə məxsus olan şirkətlərə şamil edilmir.
Qiymətləndirməni İqtisadiyyat Nazirliyi aparacaq. Yeni dəstək mexanizmləri tətbiq edilməzdən əvvəl ilkin qiymətləndirmə aparılacaq.











