Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edib.
O, xarici ticarət əməliyyatlarının rəsmiləşdirilməsi sisteminin optimallaşdırılmasını təklif edib.
Büdcə gəlirlərinin yığımı proqnozuna yenidən baxılmasını vurğulayan sədr, idxal yığımlarında fiskal yükün azaldılmasının vacibliyini qeyd edib.
Gülməmmədov bildirib ki, 2025-ci ildə gömrük orqanları xətti ilə ƏDV və idxal rüsumlarında kəsirlər müşahidə olunub.
O, həmçinin parafiskal ödənişlər toplayan təşkilatların hesabatlılığının artırılmasını təklif edib.












