AMB-nin baş direktoru Şahin Mahmudzadə bildirib ki, ilin sonuna qədər ESG və iqlim risklərinin prudensial çərçivəyə inteqrasiyası tamamlanacaq.
Bu, Bakıda keçirilən İslam İnkişaf Bankının 51-ci İllik Toplantısında qeyd olunub.
O, həmçinin qeyd edib ki, iqlim risklərinin kapital planlaşdırmasına daxil edilməsi üçün makroprudensial alətlərin hazırlanması başa çatır.
Bu addım Bazel standartlarına uyğunlaşma baxımından əhəmiyyətlidir. Keçid risklərinin stress-testə inteqrasiyası da ilin sonuna qədər həyata keçiriləcək.












