Prezident köməkçisi Şahmar Mövsümov Qaxda keçirilən regional müşavirədə bildirib ki, ölkənin bütün iqtisadi rayonlarında Dövlət Proqramının məqsəd və vəzifələri izah edilir.
O qeyd edib ki, son on ildə aqrar sahədə mühüm islahatlar aparılıb, dövlət dəstəyi mexanizmləri genişləndirilib, müasir infrastruktur yaradılıb.
Artıq kənd təsərrüfatının davamlı inkişafı üçün zəruri baza formalaşdırılıb. Azərbaycanın resursları daha yüksək məhsuldarlıq və ixrac imkanları yaradır.












