İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, IsDB (İslam İnkişaf Bankı) Azərbaycana üzv olduğu ilk illərdən etibarən dəstək göstərib. Bank ölkəmizdə baş verən dinamik dəyişikliklərə, inkişaf və modernləşmə proseslərinə mühüm töhfələr verib.
Oxu.Az xəbər verir ki, bu fikirlər Bakıda keçirilən IsDB Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində “Azərbaycan ev sahibi və əlaqələndirici kimi: yaşıl transformasiya, regional inteqrasiya və strateji tərəfdaşlıq” mövzusunda Müdirlər Şurasının sədri ilə dialoq sessiyasında səslənib.
Nazir qeyd edib ki, bu əməkdaşlıq gələcəkdə də davam edəcək: “Bu günədək əldə olunan nəticələri yüksək qiymətləndiririk. Qarşıdakı dövrdə IsDB ilə daha çox birgə layihələrin həyata keçirilməsini və əməkdaşlığın genişləndirilməsini səbirsizliklə gözləyirik”.












