Müəllimlərin İşə Qəbul (MİQ) sistemində yeni ödəniş modulu qurulacaq. Oxu.Az-ın məlumatına görə, müvafiq prosedur tamamlanıb.
Plana əsasən, müəllimlərin işə qəbulu, yerdəyişməsi, qarşılıqlı yerdəyişməsi, sertifikatlaşdırılması, direktorların işə qəbulu və imtahan sistemlərinə texniki dəstək, operatorluq və modernləşdirmə xidmətləri göstəriləcək.
Sertifikatlaşdırma sistemlərinin funksional imkanlarının genişləndirilməsi və optimallaşdırılması, müsabiqə zamanı vakansiya sisteminə texniki dəstək və operatorluq xidməti də təmin ediləcək.
Layihənin ümumi dəyəri 513 min 827 manat təşkil edir.












