Nazirlər Kabineti "Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi" ilə bağlı qərar imzalayıb.
Qərarla emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu, saxlanılması və izlənməsi sahələrində dövlət nəzarəti qaydaları təsdiqlənib.
Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, emal edilməmiş almazların idxalı və ixracı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəyi ilə həyata keçiriləcək.
Bu əməliyyatlar yalnız Kimberli Prosesinə üzv ölkələrlə aparıla bilər.












