Qlobal bazarda neft qiymətlərində kəskin enmə müşahidə olunub.
Londonun ICE birjasında avqust tədarükü üçün "Brent" markalı neftin füçersləri aprel ayından bəri ilk dəfə 89 dollar/həddən aşağı düşüb.
"Brent" nefti 4.77% ucuzlaşaraq bir barel üçün 88.66 dollar təşkil edib.
Nyu-York Ticarət Birjasında WTI markalı xam neftin iyul füçersləri isə 4.63% azalaraq 85.86 dollar/barel səviyyəsinə enib.












