Dohada keçiriləcəyi gözlənilən İran-ABŞ danışıqlarının növbəti mərhələsi ərəfəsində neftin qiymətində cüzi enmə müşahidə olunur.
"İnterfaks" agentliyinin məlumatına görə, Londonun ICE birjasında avqust ayına çatdırılma ilə "Brent" markalı neftin füçersləri 0.89 dollar (1.22%) ucuzlaşaraq bir barel üçün 72.26 dollara satılıb. Əvvəlki sessiyada isə "Brent" 1.16 dollar (1.6%) bahalaşaraq 73.15 dollar olmuşdu.
Nyu-York Ticarət Birjasında (NYMEX) avqust ayına çatdırılma ilə WTI markalı xam neftin füçersləri 0.67 dollar (0.95%) azalaraq bir barel üçün 70.08 dollar təşkil edib. Əvvəlki sessiyada WTI 1.52 dollar (2.2%) artaraq 70.75 dollar olmuşdu.












