Azərbaycanın beynəlxalq ticarət və nəqliyyat xəritəsində mövqeyi gücləndikcə, gömrük sisteminin üzərinə düşən vəzifələr də genişlənir. Tranzit yüklərin həcminin artması, Orta Dəhlizin strateji əhəmiyyətinin yüksəlməsi, elektron ticarətin sürətli inkişafı Dövlət Gömrük Komitəsinin (DGK) fəaliyyətində yeni prioritetlər formalaşdırır.
Oxu.Az xəbər verir ki, gömrük prosedurlarının sadələşdirilməsi ilə təhlükəsizlik arasında balansın necə qorunduğu, rəqəmsallaşma layihələrinin nəticələri barədə 'Report' və İTV-nin suallarını DGK sədri Şahin Bağırov cavablandırıb.












