Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Abdurahmon Abdurahmonzoda Bakıda İslam İnkişaf Bankının illik toplantılarında Azərbaycanla ticarət dövriyyəsinin 200% artdığını açıqlayıb.
Nazir bildirib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi təxminən 200% artıb. Cari ilin ilk beş ayında da artım müşahidə olunur. Gələcəkdə həm hökumət, həm də özəl sektor arasında əməkdaşlığın genişləndirilməsi gözlənilir.
"TajAzer Trade" birgə müəssisəsi kənd təsərrüfatı məhsullarının Tacikistandan Azərbaycana ixracı ilə məşğuldur. Həmçinin, Ələt Azad İqtisadi Zonası və Tacikistanın azad iqtisadi zonaları vasitəsilə əməkdaşlıq perspektivləri müzakirə edilib.












