Azərbaycanın Yardımlı rayonunda əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə yeni mənzillər veriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Xidmətlər Agentliyi hazırlıq işlərinə başlayıb.
Layihə çərçivəsində 10 üçotaqlı, 18 ikiotaqlı və 4 birotaqlı mənzil təqdim ediləcək.
Mənzillərin alınmasına təxminən 2.6 milyon manat vəsait ayrılacaq.












