Bond.az White LogoBond.az Black Logo

Yaşıl enerji dəhlizi: 2027-ci ilədək TİƏ tamamlanacaq

Xəzər dənizindən keçən yaşıl enerji dəhlizi layihəsinin TİƏ 2027-ci ilədək tamamlanacaq. Özbəkistan nazir müavini Ümid Mamadaminov layihənin əhəmiyyətini vurğulayıb.

Gülnar Abbasova
Müəllif:Gülnar Abbasova- Senior Editor
|
0

Özbəkistan energetika nazirinin müavini Ümid Mamadaminov bildirib ki, Xəzər dənizindən keçən "yaşıl enerji dəhlizi" layihəsinin texniki-iqtisadi əsaslandırması (TİƏ) 2027-ci ilin yanvarınadək başa çatacaq.

Bu barədə o, V Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində məlumat verib. TİƏ üzrə hazırlıq işlərinə artıq başlanılıb və İtaliyanın CESI şirkəti layihənin aparıcı məsləhətçisi seçilib.

Mamadaminov qeyd edib: "Biz TİƏ-nin birinci mərhələsinin 2027-ci ilin yanvarınadək başa çatdırılacağını gözləyirik. Bu, layihənin icrasının növbəti mərhələsinə keçmək üçün texniki, iqtisadi və kommersiya əsasını təmin edəcək."

"Yaşıl enerji dəhlizi" Mərkəzi Asiyada strateji baxımdan ən əhəmiyyətli enerji təşəbbüslərindən biridir. Layihə Mərkəzi Asiyada bərpaolunan mənbələrdən istehsal edilən elektrik enerjisinin Xəzər dənizindən keçən xüsusi ötürücü dəhliz vasitəsilə Avropa bazarlarına ixracına yönəlib.

Mamadaminov vurğulayıb: "Mərkəzi Asiya nəhəng bərpaolunan enerji resurslarına, xüsusən külək və günəş enerjisi üzrə əhəmiyyətli potensiala malikdir. Təkcə Özbəkistan və Qazaxıstan irimiqyaslı bərpaolunan enerji proqramları həyata keçirirlər."

Bütün iştirakçı ölkələr təşəbbüsün həyata keçirilməsində birgə iştirak edirlər və layihənin əlaqələndirilməsi üçün xüsusi layihə şirkəti yaradılıb.

Layihə artıq sınaqdan keçirilmiş texnologiyalara əsaslanır. Bunun analoji layihələri Norveç-Niderland arası "NorNed", Niderland-Böyük Britaniya arası "BritNed" və digərləri uğurla fəaliyyət göstərir. Unikallıq isə Mərkəzi Asiya ilə Avropa arasında ilk birbaşa "yaşıl enerji" körpüsünün yaradılmasıdır.

Özbəkistan və Azərbaycan enerji sektorunda strateji tərəfdaşlığı gücləndirir. SOCAR və "Özbəkneftqaz" neft-qaz sənayesində fəal əməkdaşlıq edir. Əməkdaşlıq ənənəvi karbohidrogenlər çərçivəsindən kənara çıxaraq bərpa olunan enerji və regional enerji təhlükəsizliyini əhatə edir.

Digər Xəbərlər
2026-07-04 17:01
|
724

İpoteka azalması mənzil satışına necə təsir etdi?

İpoteka kreditlərinin azalması mənzil satışına necə təsir edir? İqtisadçı Vüqar Oruc şərh edir. Daşınmaz əmlak bazarındakı son vəziyyət.

0
2026-07-04 05:30
|
408

Azərbaycan nefti bahalaşdı: 72.93 dollar

Azərbaycan nefti bahalaşdı. "Azeri Light" neftinin qiyməti 72.93 dollar oldu. Yenilikləri izləyin.

0
2026-07-04 02:00
|
472

Yaponiya İrandan neft alacaq?

Yaponiya İrandan neft almaq üçün danışıqlara başlayıb. ABŞ sanksiyaları yumşaldıqdan sonra Tehran neft satışına icazə verib.

0
2026-07-03 14:33
|
699

Hadı Rəcəblinin oğluna 350 minlik iş

Ağdamda məcburi köçkünlər üçün yaşayış kompleksinin qazanxana sisteminə 354 min manat xərclənəcək. Xidməti Hadi Rəcəblinin oğlunun şirkəti göstərəcək.

0
2026-07-03 06:01
|
808

100 manatlıq yenilənmiş pul tədavülə buraxılır

15 iyulda yenilənmiş 100 manatlıq pul nişanı tədavülə buraxılır. Mərkəzi Bank saxtalaşdırmaya qarşı tədbirləri davam etdirir.

0
2026-07-03 05:32
|
795

Qızıl 4200 dolları keçdi

Qızılın qiyməti Comex birjasında 4200 dolları keçdi. Son məlumatlara görə, qızıl füçersi 4206.7 dollara yüksəlib.

0
2026-07-02 20:31
|
693

Türkiyə SEPA-ya qoşulmaq istəyir

Türkiyə Avropa Ödəniş Şurasına müraciət edərək Vahid Avro Ödəniş Məkanına (SEPA) qoşulmaq niyyətini bildirib. Bu, Aİ ilə ticarət və investisiyaları artıracaq.

0
2026-07-02 17:31
|
805

Gənc jurnalistlər SOCAR-ın yaşıl enerji planında

SOCAR-ın Eko-parkında gənc media nümayəndələri üçün yaşıl enerji planı təqdim olundu, dekarbonizasiya strategiyası müzakirə edildi.

0
2026-07-02 15:31
|
891

Azərbaycandan tranzitlə Ermənistana buğda

Rusiyadan Ermənistana 14 vaqon buğda Azərbaycandan tranzitlə göndəriləcək. Yük Biləcəri stansiyasından yola salınacaq.

0
2026-07-01 14:00
|
663

45 nəfərə pulsuz mənzil veriləcək

Saatlı rayonunda 45 nəfərə pulsuz mənzil veriləcək. Əlil və şəhid ailələrinə 18 üçotaqlı, 27 ikiotaqlı mənzil.

0
2026-07-01 11:02
|
749

ƏDV depozit hesabı ilə bağlı yeni dəyişiklik

ƏDV depozit hesabı ilə bağlı yeni dəyişiklik: sahibkarlara dövlət sosial müdafiə fonduna vəsait köçürmək imkanı yaradılır.

0
2026-07-01 08:33
|
441

Sahil Babayev: QDTİB kiçik və orta biznesi maliyyələşdirəcək

Maliyyə naziri Sahil Babayev Qara Dəniz Ticarət və İnkişaf Bankının kiçik və orta biznesi maliyyələşdirməyi planlaşdırdığını açıqladı.

0
...
Yaşıl enerji dəhlizi: 2027-ci ilədək TİƏ tamamlanacaq | Bond.az