Yaxın Şərqdə münaqişənin yenidən kəskinləşməsi qlobal neft bazarında qiymət artımına səbəb olub.
"İnterfaks" agentliyinin məlumatına görə, London ICE birjasında "Brent" markalı neftin avqust füçersləri 0,91 dollar (0,98%) bahalaşaraq 94,01 dollar/barel olub.
Nyu-York Ticarət Birjasında (NYMEX) WTI markalı xam neftin iyul füçersləri isə 1,08 dollar (1,2%) artaraq 91,11 dollar/barel təşkil edib.












