Münaqişədən sonra işğaldan azad olunmuş ərazilərdə bərpa və Böyük Qayıdış proqramı beynəlxalq maraq doğurur.
Bu fikirləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev WUF13 mətbuat konfransında deyib.
O bildirib ki, qısa müddətdə Azərbaycan mina təhlükəsindən planlaşdırmaya qədər çətinlikləri aşdı.
Hazırda 12 şəhər və yüzlərlə kənddə genişmiqyaslı bərpa işləri paralel aparılır.












