Nazirlər Kabineti, AHİK və ASK arasında 2026-2028-ci illəri əhatə edən yeni Baş Kollektiv Saziş imzalanıb.
Sənədi Baş nazir Əli Əsədov, AHİK sədri Sahib Məmmədov və ASK prezidenti Məmməd Musayev imzalayıb.
Sazişin məqsədi sosial-iqtisadi islahatları dəstəkləmək, məşğulluğu artırmaq və yoxsulluğu azaltmaqdır.












