Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
28 May - Müstəqillik Günü münasibətilə göndərilən məktubda Ştaynmayer ikitərəfli münasibətlərin genişləndirilməsinə marağını vurğulayıb.
O, həmçinin Azərbaycan və Ermənistan arasında normallaşma prosesində irəliləyişi ruhlandırıcı adlandırıb və sülh səylərində uğurlar arzulayıb.












