BMT Baş katibinin müavini Amina Muhammed WUF13-ün bağlanış mərasimində çıxış edib. O, Azərbaycana ev sahibliyinə görə təşəkkür edib.
Amina Muhammed bildirib ki, Azərbaycanda yenidənqurma, inkişaf və reinteqrasiya prosesləri müşahidə olunur. Xüsusilə Ağdamda həm yenilənmə, həm də dözümlülük diqqət çəkir.
BMT rəsmisi qeyd edib ki, Bakı WUF13 üçün əla məkandır. O, dayanıqlı urbanizasiya olmadan 2030-cu ilədək inkişaf məqsədlərinə nail olmağın mümkünsüz olduğunu vurğulayıb.












