BMT Baş katibinin müavini Amina Muhammed Ümumdünya Şəhərsalma Forumunun bağlanışında danışıb.
O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə iqtisadi potensialın açılması yaşayış yerlərinin təminatı üçün vacibdir.
Muhammed vurğulayıb: "Yaşayış yerləri problemi iqlim, nəqliyyat, miqrasiya və digər məsələlərlə bağlıdır. Geniş koordinasiya tələb olunur."
"Bakıda gələcəkdə daha dayanıqlı və insan ləyaqətinə yönəlik işlər görməyi qəbul etdik" – deyə o əlavə edib.











