Bond.az White LogoBond.az Black Logo

Avropanın ikili standartı: Ermənistanda seçki pozuntuları

Avropanın ikili standartı: Ermənistanda seçki pozuntuları görməzdən gəlinir. Paşinyanın Qərb tərəfindən dəstəkləndiyi iddia edilir.

Nigar Hüseynova
Müəllif:Nigar Hüseynova- Senior Editor
|
0

Ermənistanda keçirilən parlament seçkisindəki pozuntulara müxtəlif dairələrin göz yumması əvvəlcədən gözlənilən idi.

Bu fikirləri Oxu.Az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.

O bildirib ki, seçki prosesi yaxınlaşdıqca müxtəlif şəxslərin həbsi həyata keçirilirdi: "Paşinyan hakimiyyəti müəyyən şəxsləri seçiciləri pulla ələ almaq, vergidən yayınmaq və müxtəlif səbəblərlə həbs etdirirdi. Bu seçki təkcə iqtidar-müxalifət arasında keçirilmir. Ermənistan Qərb və Rusiyanın mübarizə meydanına çevrilib. Burada da təbii olaraq həm rəsmi Moskva, həm də Avropa seçki prosesinə müdaxilə edir və bu, gözlənilən idi. Avropa İttifaqı əvvəlcədən Ermənistandakı seçkiyə müdaxilələrin və dezinformasiyanın qarşısını almaq üçün sözügedən ölkəyə missiya göndərdi. Digər tərəfdən, Rusiyaya bağlı müxalif qüvvələr maliyyə hesabına Moskva və digər şəhərlərdən gətirdikləri erməniləri, revanşist qüvvələri satın alaraq tərəflərinə çəkirlər. Burada vacib bir məqamı qeyd etmək lazımdır ki, Paşinyanın rəqiblərini müxtəlif inzibati üsullarla neytrallaşdırmasına Qərb institutları göz yumacaq və hazırkı hakimiyyətə təzyiq olmayacaq."

Politoloq vurğulayıb ki, Qərb Paşinyan üçün "münbit" şərait yaradıb: "Həbslər, seçki saxtakarlığı - nəyin bahasına olursa-olsun, məqsəd Paşinyanı hakimiyyətdə saxlamaqdır. Baş nazir də bilir ki, o, saxtalaşdırma edəcəyi halda ona heç bir təzyiq olmayacaq. Təbii ki, bu da zəif ölkələrdə seçkiyə kənar təsirlərin olduğunu bir daha ortaya qoyur. Aİ yenə ikili standartlar sərgiləyir. Hansı ölkədə onun maraqlarına xidmət edən hakimiyyət və ya namizəd varsa, onun qanunsuzluqlarına göz yumur. Lakin müstəqil siyasət aparan, milli maraqları üçün kiməsə boyun əyməyən ölkələrə təzyiq edir. Bu da Aİ və Qərb institutlarının ikili standartlara əsaslanan siyasətinin təzahürüdür."

Digər Xəbərlər
Bu gün / 18:01
|
755

Starmer NATO baş katibi ola bilər

Kir Starmer NATO-nun baş katibi olmağı düşünür. 2028-ci ildə keçiriləcək seçkidə namizədliyini irəli sürə bilər.

0
Dünən / 21:30
|
980

Britaniya yenidən Avropaya üz tutur?

Britaniyanın Brexitdən sonra Aİ-yə qayıdış perspektivləri, ictimai rəy və siyasi təhlil.

0
Dünən / 16:01
|
429

Ukrayna zərbələri Rusiyada yanacaq böhranı yaratdı

Ukrayna zərbələri Rusiyada yanacaq böhranına səbəb oldu. ABŞ-İran gərginliyi, Sumqayıt, Şabran və Lökbatan xəbərləri.

0
Dünən / 15:30
|
760

Ceyhun Bayramov Hakan Fidanla strateji əməkdaşlığı müzakirə etdi

Ceyhun Bayramov və Hakan Fidan Azərbaycan-Türkiyə strateji əməkdaşlığını telefon danışığında müzakirə etdilər.

0
Dünən / 07:32
|
754

Leyla və Arzu Əliyeva Dənizkənarı Parkda açılışlara qatılıb

Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda idman klubunun açılışı, WasteShark təmizləyici qurğu və elektrik faytonların təqdimatında iştirak ediblər.

0
Dünən / 07:32
|
993

Leyla və Arzu Əliyevalar Bakı Bulvarında gül əkdi

Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər. Ekoloji təşəbbüs Dənizkənarı Milli Parkın yaşıllığını artırır.

0
Dünən / 07:30
|
713

Leyla və Arzu Əliyevalar "CandyFest"də

Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında keçirilən CandyFest yay festivalını ziyarət edib, Sehrli mirvari su sirki şousunu izləyiblər.

0
Dünən / 03:00
|
254

Maqdalena Qrono: Aİ sülh prosesinə dəstəyi davam etdirəcək

Aİ nümayəndəsi Maqdalena Qrono Bakıda Azərbaycan rəsmiləri ilə görüşüb, sülh prosesinə dəstəyi təsdiqləyib.

0
2026-06-26 13:02
|
566

Ceyhun Bayramov Antonio Tayani ilə danışdı

Ceyhun Bayramov Antonio Tayani ilə telefon danışığında strateji tərəfdaşlıq, enerji əməkdaşlığı və regional təhlükəsizlik məsələlərini müzakirə etdi.

0
2026-06-26 09:31
|
281

Azərbaycan Ordusunun 1918-dən bu günə inkişafı

Azərbaycan Silahlı Qüvvələrinin 1918-ci ildən günümüzə qədər inkişaf yolu haqqında məlumat.

0
2026-06-25 18:32
|
739

İlham Əliyev Silahlı Qüvvələr Gününü qeyd edib

Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib. 26 iyun Azərbaycan Silahlı Qüvvələrinin qurulduğu gündür.

0
2026-06-25 17:01
|
521

Əliyev-Berdiməhəmmədov telefon danışığı

İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub. Mədəniyyət, elm, təhsil və idman sahələrində əməkdaşlıq müzakirə edilib.

0
...