Bond.az White LogoBond.az Black Logo

Aydın Hüseynov: Azərbaycan qlobal həmrəylikdə fəal rol oynayır

Deputat Aydın Hüseynov WUF13-ün Azərbaycanın qlobal həmrəylik və dialoqda rolunu vurğuladı.

Orxan Sultanov
Müəllif:Orxan Sultanov- Yazar
|
0

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası - WUF13 Azərbaycanın beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi.

Bunu Oxu.Az-a açıqlamasında deputat Aydın Hüseynov deyib.

O bildirib ki, forum 176 ölkədən 57 mindən çox iştirakçını bir araya gətirdi və bu göstəriciyə görə WUF13 Ümumdünya Şəhərsalma Forumunun indiyədək keçirilmiş ən genişmiqyaslı sessiyası kimi tarixə düşdü.

COP29-dan sonra WUF13 ölkəmizdə təşkil olunan ikinci ən böyük beynəlxalq tədbir oldu.

WUF13-ün Bakıda keçirilməsi göstərdi ki, Azərbaycan artıq təkcə regional deyil, həm də qlobal məsələlərin müzakirə olunduğu mühüm beynəlxalq platformaya çevrilib. Ölkəmiz qlobal həmrəyliyin, beynəlxalq əməkdaşlığın və çoxtərəfli dialoqun təşviqində fəal rol oynayır.

Forum çərçivəsində mühüm yeniliklərdən biri Liderlərin Bəyanatları sessiyasının keçirilməsi oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Ümumdünya Şəhərsalma Forumu tarixində ilk dəfə belə bir sessiya təşkil edildi. Bu tədbirə dövlət və hökumət başçıları, yüksək səviyyəli qonaqlar və beynəlxalq təşkilatların rəhbərləri qatıldılar. Onlar Azərbaycanın yüksək qonaqpərvərliyini, forumun uğurlu təşkilini və Bakıda yaradılmış səmərəli dialoq mühitini xüsusi qeyd etdilər.

A.Hüseynov qeyd edib ki, WUF13 çərçivəsində keçirilən Nazirlər Görüşü də mühüm əhəmiyyət daşıdı.

Azərbaycanın sədrliyi ilə baş tutan görüşdə 70-dək ölkəni təmsil edən nazir və nazir müavinləri iştirak etdilər. Görüşün yekununda qəbul edilən "Sədrin xülasəsi" sənədində Azərbaycanın forumun təşkilində göstərdiyi yüksək səviyyə, Prezident İlham Əliyevin uzaqgörən liderliyi və ölkəmizin postmünaqişə dövründə apardığı bərpa-quruculuq işləri yüksək qiymətləndirildi.

Azərbaycan WUF13-də öz unikal təcrübəsini də beynəlxalq ictimaiyyətlə bölüşdü. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, "Böyük Qayıdış" Proqramı, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqi forum iştirakçılarının diqqətini cəlb etdi. Bu təcrübə postmünaqişə dövründə bərpa işləri aparan ölkələr üçün mühüm nümunə kimi qiymətləndirildi.

Deputatın sözlərinə görə, forumun digər mühüm istiqamətlərindən biri də ekoloji dayanıqlılıq və yaşıl şəhərsalma oldu.

Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən yüksək səviyyəli forumda təmiz hava, yaşıl infrastruktur və davamlı şəhərlər mövzusu müzakirə edildi. Tədbirin sonunda qəbul edilən "Nəfəs alan şəhərlər naminə Bakı Çağırışı" gələcək şəhərsalma gündəliyi üçün mühüm çağırış kimi dəyərləndirilə bilər.

Azərbaycanın təşəbbüsü ilə Bakı Şəhər Mükafatının təsis olunması da ölkəmizin qlobal şəhərsalma proseslərinə verdiyi töhfənin daha bir göstəricisidir. Bundan başqa, WUF13-ün təşkili zamanı tətbiq edilən innovativ yanaşmalar gələcək forumlar üçün nümunə kimi qəbul olundu. Bu məqsədlə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMT-nin Məskunlaşma Proqramı arasında niyyət məktubunun imzalanması Azərbaycanın bu sahədə qabaqcıl təcrübə formalaşdırdığını göstərir.

Ümumilikdə, WUF13 Azərbaycanın beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etmək bacarığını, şəhərsalma sahəsində müasir yanaşmalarını və qlobal təşəbbüslərə töhfə vermək imkanlarını bir daha təsdiqlədi. Bakı Forumu yalnız uğurlu beynəlxalq tədbir kimi deyil, həm də Azərbaycanın qlobal şəhərsalma gündəliyində qalıcı iz buraxan mühüm platforma kimi yadda qaldı.

Digər Xəbərlər
2026-07-05 19:01
|
896

Yaxın Şərq gərginliyi Azərbaycanın gücünü artırdı

Yaxın Şərqdəki gərginlik Azərbaycanın strateji gücünü necə artırdı? Baku TV-nin Yekunlaşdıraq verilişində təhlil.

0
2026-07-05 15:03
|
876

Zimbabve spikeri Azərbaycanda

Zimbabve Milli Assambleyasının spikeri Yakob Mudenda Azərbaycana rəsmi səfərə gəlib. Heydər Əliyev Hava Limanında qarşılanan nümayəndə heyəti görüşlər keçirəcək.

0
2026-07-05 09:30
|
979

Paşinyan: Yeni konstitusiya gündəmdədir

Ermənistan baş naziri Nikol Paşinyan yeni konstitusiyanın qəbulunun gündəmdə olduğunu açıqlayıb.

0
2026-07-03 20:00
|
914

Leyla Əliyeva doğum günü təbriklərinə təşəkkür etdi

Leyla Əliyeva doğum günü paylaşımı edərək təbriklərə təşəkkür edib. Heydər Əliyev Fondunun vitse-prezidenti sosial şəbəkədə minnətdarlıq bildirib.

0
2026-07-03 19:31
|
230

Azərbaycan PUA sahəsində regional liderdir

Azərbaycan Cənubi Qafqazda pilotsuz uçuş aparatları sahəsində liderdir. Yerli istehsal və satınalmalarla potensialını artırır.

0
2026-07-03 19:01
|
361

Heydər Əliyev Mərkəzi ABŞ bayrağı rəngində

Heydər Əliyev Mərkəzi ABŞ bayrağı rənglərində işıqlandırılaraq 250 illik müstəqillik yubileyini qeyd edir.

0
2026-07-03 16:33
|
258

Vilayət Eyvazovdan vacib qərar: Hərbi Prokurorluğun səlahiyyətləri azaldıldı

Daxili işlər naziri Vilayət Eyvazovun qərarı ilə hərbi prokurorluğun cinayət uçotu səlahiyyətləri DİN-ə keçirilib.

0
2026-07-03 09:18
|
404

Ermənistana 976 ton buğda tranziti

Rusiyadan Ermənistana 976 ton buğda Azərbaycan tranziti ilə göndərildi. Qatar Biləcəri stansiyasından yola düşüb.

0
2026-07-02 20:32
|
974

Leyla Əliyevanın doğum günü qeyd olunur

Leyla Əliyevanın doğum günü münasibətilə onun həyatı, fəaliyyəti və mükafatları haqqında məlumat.

0
2026-07-02 18:03
|
982

Paşinyan: Dəmir yolu bərpa olunur

Ermənistan baş naziri Nikol Paşinyan Türkiyə və Azərbaycan sərhədlərinə dəmir yolu xətlərinin bərpa edildiyini açıqladı.

0
2026-07-02 17:32
|
274

Ursula fon der Lyayen Azərbaycana səfər videosu paylaşdı

Ursula fon der Lyayen Azərbaycana səfəri ilə bağlı videonu Instagram-da paylaşaraq Cənubi Qafqaz üçün 200 milyon avroluq sülh proqramını elan edib.

0
2026-07-02 14:05
|
721

Azərbaycan-Aİ: Strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycan-Aİ strateji tərəfdaşlığı yeni mərhələyə qədəm qoyur. Deputat Səbinə Salmanova əməkdaşlığın enerji, nəqliyyat və təhlükəsizlik sahələrində genişləndiyini bildirib.

0
...